Microsoft Windows Phone 8-ə həsr olunmuş tədbirin anonsunu edib


Microsoft korporasiyası jurnalistlərə Windows Phone 8 mobil əməliyyat sisteminə həsr olunmuş tədbirə dair dəvətnamələrin göndərilməsinə başlayıb. Şəkildəki qeydlərə əsasən söyləmək olar ki, konfrans 29 oktyabr 2012-ci ildə, Sakit okean vaxtı ilə səhər saat 10:00-da (Bakı vaxtı ilə 22:00), Amerikanın San-Fransisko şəhərində (Kaliforniya ştatı) keçiriləcək.
Gözlənilir ki, tədbir çərçivəsində korporasiya Windows Phone 8 əməliyyat sisteminin tam versiyasını göstərəcək, həmçinin onun imkanları və funksiyaları haqqında daha ətraflı danışacaq. Ənənəyə uyğun olaraq, belə növ dəvətnamələrdə konkret heç bir məlumat verilmir. Buna görə də, bizə yalnız Microsoft-un platformasının bazardakı vəziyyətini yaxşılaşdırmaq üçün istehlakçını nə ilə təəccübləndirmək istəməsi, həmçinin softver nəhənginin hələ ötən ayda Nokia üçün keçirməyi vəd etdiyi “aqressiv marketinq kampaniyasının” nə demək olması barədə düşünmək qalır.
Windows Phone 8-in rəsmi təqdimatından dərhal sonra mağazaların vitrinlərində Microsoft-dan ən yeni mobil platformanın bazasında hazırlanmış ilk Nokia və HTC smartfonları peyda olacaq. Xatırladaq ki, artıq buraxılmış WP-qacetlərin sahibləri öz aparatlarını “səkkizliyədək” yeniləyə bilməyəcəklər, çünki əməliyyat sistemi yalnız yeni qurğulara quraşdırılacaq.

Related

Windows 8 4380332349978642757

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item