Samsung Galaxy S III Mini-ni təqdim edəcək



iPhone-nin displeyini 4 düymədək artıran Apple böyük ekranlı aparat həvəskarlarının hesabına bazarda pay qazanmaq istəyir. Bu arada Samsung isə əksini arzulayır. Koreya şirkətinin kiçik ölçülü çox sayda telefonları olsa da, onlar flaqman – Galaxy S III qədər populyar deyillər. Yayın sonunda Galaxy elə yaxşı satılırdı ki, tarixdə ilk dəfə olaraq, rüblük satışların yekunları üzrə iPhone 4S-I də qabaqladı. İndi bu uğuru növbəti seqmentdə möhkəmləndirmək istəyirlər. Buna artıq bir həftədən sonra başlayacaqlar.
Hansı səbəbdənsə Samsung tədbirə dəvətnamələrin göndərilməsi üçün elektron poçtdan istifadə etməmək qərarına gəlib – bəlkə də, bu addım Apple ilə hər hansı bir paralleləri istisna etmək üçün atılıb. Bunun əvəzinə şirkət dəvətnamələri bukletlərdə göndərib (inanmaq istəyirik ki, buklet əvvəlcədən belə əzilmiş olmayıb). Alman dilinə təəccüblənməyin – sadəcə miniatür Galaxy-nin təqdimatı oktyabrın 11-də Almaniyada keçiriləcək. Jurnalistlərə məhz Galaxy S III Mini-nin göstəriləcəyi barədə isə dəvətnamədəki sitatlara görə mühakimə yürütmək olar: “balaca bir şey həqiqətən böyük olacaq” və “balaca sensasiyaya hazırlaşın”. Fonda şirkətin üslubuna çevrilmiş “S” görünür, belə çıxır ki, həqiqətən də flaqman ailəsində artım gözlənilir.
Samsung-un strategiyası belədir: iPhone 5 kimi hər kəs üçün aparat hazırlamamaq, bir neçə aparat yaratmaq. Nə deyək, ən azından bir neçə ötən onilliyin ortalarındakı kimi onlarla demək deyil. Adi gözlə görünür ki, rəqib istehsalçılar Apple-nin modelini mənimsəyərək, istehlakçının diqqətini maksimum iki-üç modeldə cəmləşdirməyə başlayıblar. Samsung-da isə hələlik iki belə model var - Galaxy S III və Galaxy Note II. Tezlikə üçüncüsü peyda olacaq.

Related

Samsung 5121212061616315804

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item