Samsung MWC 2013-də təqdim etmək üçün 8 smartfon hazırlayır


Bir aydan sonra Barselonada Mobile World Congress 2013 tədbiri öz işinə başlayır. Dünyanın ən böyük brendləri məhz bu tədbirdən yeni məhsulların anonsu üçün istifadə edirlər. Bununla yanaşı, heç də bütün qurğular dərhal işıq üzü görmür, bəzi brendlər onları tədricən, il ərzində buraxırlar. Bildirildiyi kimi, Samsung şirkəti Barselonada  ən azı 8 yeni qaceti təqdim etməyə hazırlaşır.
Samsung

SamMobile jurnalı koreyalı istehsalçının MWC 2013-də təqdim edəcəyi güman olunan qurğuların adlarını açıqlayıb. Yeni məhsulların siyahısı belədir: Samsung Galaxy Frame (GT-S6810/GT-S6810P), Galaxy Pocket 2 (GT-S5310/GT-S5312), Galaxy Young (GT-S6310/GT-S6312), Galaxy Star (GT-S5282), Galaxy Core (GT-I8262), Galaxy Fonblet 5.8 (GT-I9150/GT-I9152), Galaxy Fonblet 6.3 (GT-I9205), həmçinin HomeSync (GT-B9150) kod adı altında göstərilmiş daha bir qurğu.
Əgər bu siyahı doğru olarsa, deməli, Samsung başlanğıc səviyyə və orta qiymət kateqoriyasının məhsulları da daxil olmaqla, bütün seqmentlərdə model sırasını yeniləməyi düşünür. Güman olunur ki, flaqman texniki xüsusiyyətlərini yalnız Galaxy Fonblet seriyasından iki model alacaq. Bundan başqa, HomeSync adlı qurğunun rolu da çox maraqlıdır.

Related

Samsung 1712611508220048566

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item