Samsung Galaxy Note II multipəncərə rejimi ilə işləyəcək


Koreyanın Samsung şirkəti yeni Samsung Galaxy Note II kommunikatoru üçün qurğuya multipəncərə rejiminin dəstəklənməsi gətirən yenilənməni təqdim edib.
Multipəncərə rejimi ekranda eyni vaxtda iki aktiv proqramın görünməsinə imkan verir – bu zaman onlardan hər biri öz yarısını tutur. Xatırladaq ki, bu qurğunun displeyi rekord ölçüdə diaqonala malikdir – tam 5,5 düym. Buna görə də, rejimdən istifadə heç bir narahatlıq gətirməyəcək, əksinə, bir çox hallarda faydalı ola bilər.
Düzdür, hələlik bu imkanı bütün proqramlar deyil, yalnız Samsung-dan firma proqramları və Google-nin bəzi proqramları (məsələn, YouTube, Gmail, Chrome və Talk) dəstəkləyir. Lakin ümid edirik ki, gələcəkdə bu siyahı genişlənəcək.
Yenilənmənin versiyası – XXALIJ1. Yuxarıda barəsində danışılan imkandan başqa, o, radiomodulun proqram təminatının yeni versiyası və Google Chrome brauzerinin apdeytindən ibarətdir. Siz bu smartfonun sahibisiniz və avtomatik yenilənməni qoşmuşsunuzsa, devays avtomatik olaraq, apdeyt barədə məlumatlandıracaq. Lakin bunu Sazlamalar-> Qurğu haqqında-> Yenilənmə üzrə keçid edərək, əllə həyata keçirə bilərsiniz.

Related

Samsung Galaxy Note II 2611419814834719171

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item