BlackBerry 10 platforması




Kanadanın Research In Motion şirkəti 30.01.2013 özünün iPhone, Android və Windows Phone-a cavabını təqdim etdi. Şirkətin baş direktoru Torsten Heyns bu gün Nyu-Yorkda keçirilən rəsmi təqdimat mərasimində yeni BlackBerry 10 mobil əməliyyat sisteminin tamamlanmış versiyasını nümayiş etdirib. Yeni sistem Kanada şirkətinin son bir neçə il ərzində hazırladığı yaradıcılıq məhsuludur. Yeni mobil əməliyyat sistemi və onun üçün korporativ server platformasına Research in Motion-un son bir neçə il ərzində həyata keçirdiyi əhəmiyyətli biznes əməliyyatlarının nəticələrini özündə birləşdirir. 
Bəli, yeri gəlmişkən, bu gündən etibarən Research in Motion daha bu şəkildə adlandırılmayacaq. Heyns elan edib ki, şirkət öz adını BlackBerry-ə dəyişir və şübhəsiz, bu, marketinq maraqları baxımından atılmış bir addımdır.

Yeni BlackBerry 10 əməliyyat sistemi hazırkı BlackBerry 7 sistemini əvəzləyəcək. Birdən-birə üç versiyalıq sıçrayış onunla bağlıdır ki, yenilik iş nüvəsini tamamilə dəyişib, xeyli sayda yeni texnologiyaları dəstəkləyir və ümumiyyətlə, başqa cür görünür. Yeni əməliyyat sistemi ilk dəfə olaraq, Research in Motion BlackBerry-nin elə Nyu-Yorkda təqdim etdiyi iki yeni smartfonda – Z10 və Q10 smartfonlarında peyda olacaq. Z10 aparatı tamamilə sensorlu qacetdir, Q10 isə Kanada brendi üçün ənənəvi klaviaturanı qoruyub-saxlayıb.

Research in Motion BlackBerry-in rəhbəri Heynsin sözlərinə görə, yeni aparatlar ilk növbədə Kanada, Böyük Britaniya, ABŞ və Ərəb Əmirliklərində satışa çıxarılacaq. Smartfonların Kanadada satışı fevralın 5-də, ABŞ-da martda, BƏƏ-də fevralın 10-da, Böyük Britaniyada isə artıq yanvarın 31-də başlayacaq. Amerikada yeni məhsulları AT&T, Sprint  T-mobile satacaq. Qiymətlər operatordan və qoşulma şərtlərindən asılı olaraq dəyişsə də, ümumilikdə üçillik xidmət dövrü şərti ilə 149 dollardan start götürəcək.
Bundan başqa, şirkət bəyan edib ki, satışa yalnız Z10 aparatı çıxarılacaq, Q10 isə mağazalarda yalnız apreldə peyda olacaq.
Q10 aparatı BlackBerry 10-un bazasında hazırlanmış baza modelidir. Burada hərtərəfli QWERTY-klaviatura, 720х720 piksel icazəli 3,1 düymlük sensor ekran var. Aparatın korpusu xüsusi qoruyucu örtükdən hazırlanıb, o, plastikdən nazik, yüngül, lakin daha möhkəmdir. Aparatın ekranı sensorludur, çünki BlackBerry 10 əməliyyat sistemi daha çox barmaqlarla idarəetməyə əsaslanır.
Z10 modeli texniki baxımdan daha mükəmməldir, 4,2 düymlük sensorlu ekranı var, klaviatura isə ümumiyyətlə yoxdur. Ekranın icazəsi 1280x768 piksel (356 ppi) təşkil edir, qurğu 1,5 GHz tezlikli, ikinüvəli Texas Instruments OMAP 4470 prosessoruna, 2 Gb əməliyyat yaddaşı və 16 Gb quraşdırılmış yaddaşa malikdir. Bundan başqa, onun quraşdırılmış microHDMI portu var, NFC-ni dəstəkləyir və 1080p-video çəkmək iqtidarında olan 8 meqapiksellik arxa, videoünsiyyət üçün 2 meqapiksellik ön kameraya malikdir.
Videoünsiyyətdən danışmışkən: bu gün Skype-dən bildiriblər ki, şirkət bu gündən etibarən öz kliyentinin BlackBerry 10 əməliyyat sistemi ilə birgə işləyə bilən rəsmi versiyasını buraxmağa başlayır.
Z10-nun qiymətlərinə gəldikdə isə, onlar hələ açıqlanmayıb, lakin ekspertlər aparatın üç illik müqavilə ilə təxminən 200 dollara başa gələcəyini bildirirlər.
Yeni əməliyyat sisteminin özünə gəldikdə isə, qeyd etmək olar ki, o, təkcə yeni interfeys və QNX texnologiyasının bazasında yeni nüvə ilə deyil, həm də istifadəçinin bir smartfondakı şəxsi və iş məlumatlarını ayırmağa imkan verən BlackBerry Balance funksiyası ilə fərqlənir. Balance-nin köməyi ilə həm məlumatlarla iş prinsipini sazlamaq, həm də, fərdi xarici görünüş, təhlükəsizlik sazlamaları və bir çox başqa işləri görmək olar. Eyni zamanda, əməliyyat sistemində BlackBerry Messenger-in – real zamanda məlumat mübadiləsi kliyentinin yeni versiyası da var. Yeni versiyada həmsöhbətlə Messenger vasitəsilə videoçat imkanı da nəzərdə tutulub.
Şirkət yeni ƏS üçün BlackBerry World onlayn-kataloqunu da təqdm edib. Hələlik kataloqda təkcə proqramlar yer alsa da, gələcəkdə burada musiqi və videoqeydlər də peyda olacaq. 

Related

BlackBerry 283815724053947310

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item