Google tezliklə Drive servisini təqdim edə biləcək


   Google могут вскоре представить сервис Drive
Məşhur Wall Street Journal (WSJ) jurnalının verdiyi məlumatlara görə Google şirkəti yaxın vaxtlarda şəxsi “cloud” məlumatların saxlanma yerini təqdim edəcək. Jurnalistlər dediyi kimi, servis Drive adlanacaq və geniş yayılmış Dropboxa oxşar xidmətlər təqdim edəcək. 

Demək lazımdı ki, Google artıq müştərilərinə yer təklif edir. Misal üçün, Google Docs istifadəçiləri məlumatları korporasiyanın serverlərində saxlayır. Analoji vəziyyət Google Music istifadəçiləriylə də müşahidə edilir. Faktiki olaraq, axtarış nəhənginə indi yalnız məlumatların sinxronlaşdırılması və idarə edilməsi üçün rahat vasitələr təqdim etmək qalır. Çox güman ki, bu həm əsas masaüstü əməliyyat sistemləri, həm də Android üçün hansısa sifarişçi olacaq. Ola bilsin ki, iOS üçün də sifarişçinin buraxılması gözlənilsin, amma onun buraxılışı elə də yaxın gələcəkdə gözlənilmir. WSJ mənbəsinin verdiyi məlumata əsasən, istifadəçilərə müəyyən yer həcmi pulsuz təqdim ediləcək, o limitdən artıq yer isə müəyyən abunə ödənişi əvəzində veriləcək. 

Google “dumanlı” məlumatların saxlanma yerini tərtib etməkdə digər mobil ƏS istehsalçılarından bir qədər geri qalıb. Microsoft-un Windows Phone-nu buraxdığı dövrdə artıq SkyDrive-ı var idi. və orda hər bir istifadəçiyə pulsuz 25 Gb-lıq yer təqdim edilirdi. Apple isə artıq iCloud-unu buraxıb. Yeri gəlmişkən, HTC şirkəti hal-hazırda şəxsi “dumanlı” saxlama yerini buraxmayıb, amma Dropbox-la müqaviləsi var. Yeri gəlmişkən, bu yaxınlarda gəzən şayələrə görə, Sense 4.0-lü smartfonların sahiblərinə Dropbox servisində pulsuz 50 Gb-lıq boş yer təqdim ediləcək.  

Related

Google 4445213062938538065

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item