Obyektivi necə seçməli?


Obyektivi necə seçməli?

Obyektiv seçimi – hər bir aynalı fotokamera sahibinin əvvəl axır qarşılaşdığı çətin bir məsələdi. Bir sıra hallarda obyektiv şəkillərin keyfiyyətinə hətta kameranın özündən də böyük təsir göstərir. Əksər aynalı kameralar dəst obyektivlərlə təchiz olunur (bəzən belə obyektivlərə - kit, ingilis dilindən “kit” yəni – dəst obyektivlər də deyilir). Bu obyektivlər fotoqrafa aynalı kamerayla çəkilişdə öz bacarıqlarını yoxlamaq imkanı verir, amma bir qayda olaraq, bəzi nöqsanları olduğu üçün kameranın bütün imkanlarını üzə çıxarmır. Buna baxmayaraq, biz aynalı kameradan ilk dəfə istifadə edən hər kəsə təkidlə məsləhət görürük ki, bir neçə ay ərzində dəst obyektivlə çəksin ki, öz çəkiliş tərzini tapsın və sonradan daha bahalı optikanı alan zaman düzgün qərar verə bilsin.

Amma bu və ya digər modelin seçimində praktiki məsləhətlərə keçməzdən əvvəl gəlin obyektivlərin parametrlərini və çəkiliş zamanı bu parametrlərin nələrə təsir edə biləcəyini aydınlaşdıraq.


Fokus məsafəsi

Bu obyektivin ən əsas xüsusiyyətlərindən biridi. Bu xüsusiyyət obyektivin obyektləri nə dərəcədə “yaxınlaşdırıb” “uzaqlaşdırdığını” müəyyən edir. Fokus məsafəsi millimetrlə ölçülür.  “Plyonka” dövründə əksər aynalılarda kadr formatı 24x36 mm olanda fokus məsafəsiylə heç bir problem yox idi. Lakin bu gün, bazarda müxtəlif kadr formatlı aynalı kameralar təklif olunur. Tamkadrlı (yəni 24x36 mm) modellərlə yanaşı daha kiçik matrisalı kamera modelləri mövcuddu.  Tam kadrlı kameranın kadr diaqonalının kiçik matrisalı kameranın kadr diaqonalına nisbəti krop-amil adlandırılır (ingiliscədən – “crop” yəni – kəsmək, kadrlamaq). Bu termin boş yerə aranmayıb. Obyektiv “tamkadrlı” təsviri matrisaya əks etdirir, “kroplu” kameralar isə şəklin yalnız matrisanın ölçülərinə uyğun hissəsini saxlayır. Bu o deməkdir ki, “kroplu” kameralardakı obyektivlər təsviri daha böyük edir.

Bütün obyektiv modellərini şərti olaraq  çoxenlibucaqlı, enlibucaqlı, standart və teleobyektivlərə bölmək olar. Tamkadrlı kameralar üçün çoxenlibucaqlı obyektiv, fokus məsafəsi 7-8 mm-dən (sirkulyar balıq gözü) 24-mm-dək olan obyektivlərdi. 24-dən 35 mm-dək – adi enlibucaqlı obyektivlərdi. Fokus məsafəsi 45-55 mm olan obyektivlər standart (ya da normal) obyektivlər hesab olunur. Bu cür fokus məsafəsi insan gözü üçün təbii perspektivi təmin edir. 85 mm-dən isə orta telediapazon başlayır. Fokus məsafəsi 300 mm-dən artıq olan obyektivlər isə - güclü televiklərdi. 



Kiçik matrisalı kamerada obyektivin hansı görünüş bucağını təmin edəcəyini müəyyənləşdirmək üçün krop-amildən istifadə edilir. Həvəskar aynalı Canon kameraları üçün krop-amil - 1,6; Nikon, Sony, Pentax və Samsung həvəskar kameralar üçün – 1,5; Olympus və Panasonic kameraları üçün – 2-di. obyektivin fokus məsafəsinin real qiymətini bu əmsala vuraraq Ekvivalent fokus məsafəsini tapmaq olar. Misal üçün,  tam kadrda 35 mm-lik obyektiv enlibucaqlı hesab olunur, amma APS-C formatlı (krop-amil – 1,5-di) matrisası olan kamerada isə bu obyektiv standart obyektiv olur, çünki tamkadrlı kameralda quraşdırılmış 52,5 mm-lik obyektivə ekvivalent görünüş bucağını təmin edir.






Fokus məsafəsinə bu cür yanaşma, şübhəsiz ki, natamamdı. Lakin o, müxtəlif kadr formatlarında obyektivlərin görünüş bucaqlarını müqayisə etməyə və bu məlumatı vahid standarta gətirməyə imkan verir. Fokus məsafəsi haqqında dediklərimizin sonunda, xatırlatmaq istəyirik ki, aynalı kameralar üçün nəzərdə tutulan obyektivlərdə hər zaman ekvivalent fokus məsafəsi yox, real fokus məsafəsi qeyd edilir. 

Obyektivin işıqgücü 

Obyektivin işıqgücü – matrisa və ya plyonkanın işıqlanma dərəcəsini xarakterizə edən kəmiyyətdi. İşıqgücü əsasən obyektivin nisbi dəliyinin maksimal ölçüsüylə müəyyənləşdirilir. Misal üçün, əgər obyektiv 50/1,4 markirovkasına malikdirsə onun maksimal nisbi dəliyi f/1,4-ə bərabərdi. Məxrəcdəki rəqəm nə qədər kiçikdirsə, belə obyektivdə matrisaya keçirilən işıq daha çox olur. Və əgər bu belədirsə, obyektiv daha az kəskinliyi təmin etməyə, və beləliklə də fokusda olmayan təsviri daha yayqın etməyə qadirdi. 
Adətən, işıqgüclü obyektivlər daha az işıqgüclü həmkarlarından daha bahalı olurlar. Bunun isə sadə səbəbi var: onların keyfiyyəti daha yüksəkdi, belə ki, təsvirini kəskinliyini, aberrasiyaların daha aşağı səviyyədə olmasını təmin edirlər və əsasən  daha səmərəli konstruktivə malik olurlar. 

 Təsvir sabitləşdiricisi

Təsvir sabitləşdiricisi – uzunmüddətli ekspozisiya zamanı təsvirin yayqınlığının qarşısını almaq üçün, kameranın bucaq hərəkətlərini mexaniki kompensasiya edən texnologiyadı. Bu günkü günə fotoapparatlarda təsvirin sabitləşməsi 2 yolla həyata keçirilir: matrisanın bərpaedici yerdəişməsi ya da obyektivdəki xüsusi linzayla. Bu tip sabitləşmədən Sony, Pentax və Olympus istifadə edir. Bunun sayəsində bu istehsalçıların obyektivlərinin quraşdırılmış sabitləşdiriciyə ehtiyacı olmur. Qalan istehsalçılar isə adi obyektivlərdən başqa, bərpaedici linzanın yerdəyişməsi mexanizmiylə təchiz olunmuş sabitləşmiş obyektivlər buraxırlar. Bu cür obyektivlər qeyri-sabitləşmişlərdən baha qiymətə çıxır, lakin, bir çox fotoqrafların fikrinə görə, quraşdırılmış sabitləşdiricisi olan kameralardan daha effektiv sabitləşməni təmin edirlər. 





Əgər siz Canon, Nikon yaxud Panasonic kamerasından istifadə edirsizsə, növbəti obyektivi almazdan əvvəl qərar verməlisiz: qeyri-sabitləşmiş daha ucuz, yoxsa bahalı amma sabitləşdiriciylə təchiz olunmuş obyektiv almaq. Əgər siz pis işıqlanma şəraitində hərəkətsiz obyektləri çəkirsizsə, sabitləşdirici təsvirin yayılması olmadan ekspozisiyanı artımağa imkan verəcək. Təəssüflər olsun ki, texniki səbəblərdən, heç də bütün obyektivlər quraşdırılmış sabitləşdiriciylə təchiz olunmurlar.



Obyektivlərin konstruktiv xüsusiyyətləri


Nikon, Sony və Pentax obyektivləri həm quraşdırılmış avtofokuslama motoru ilə, həm də, kameradakı motoru fokuslama üçün işə salmağa imkan verən “vintburan” tipli ötürücüylə təchiz oluna bilər. Lakin unutmaq olmaz ki, heç də bütün Nikon kameraları belə motora malik deyillər, və ona görə də belə modellərdə “vintburan” obyektivlər avtofokuslama funksiyasını itirirlər.








Burda biz, istənilən halda çəkiliş prosesinə təsir göstərən bəzi konstruktiv xüsusiyyətlər barədə danışmaq istərdik. Birincisi, müxtəlif obyektivlər fərqli avtofokuslama ötürücüsünə malikdilər. Bütün müasir Canon obyektivlərinin avtofokuslama üçün quraşdırılmış motoru var. 

Obyektivlərə quraşdırılmış motorlar da bir-birindən fərqlidi. Onların arasında ən sürətli və səssizləri – ultrasəsli dövrəvi motorlardı (müxtəlif istehsalçılar onları fərqli şəkildə markalaya bilərlər, misal üçün, USM, SSM, SWV, SDM). Onlar ən bahalı obyektivlərdə tətbiq edilir və praktik olaraq səssiz və çox sürətli fokuslamanı təmin edirlər. Büdcəli modellərə başqa tipli motorlar quraşdırılır, özü də bu tip motorlar köhnə “vintburan” tipli fokuslama ötürücüsündən heç də üstün olmaya bilərlər.

Bəzi büdcəli obyektivlər elə qurulub ki, fokuslama zamanı bütün ön linzalar qrupu yerdəyişir və fırlanır. Bu isə, sizin polyarizasiya və ya qradiyent filtrlərdən istifadə etməniz zamanı narahatlıq yarada bilər. Fokuslama zamanı filtrin ön linzayla birlikdə fırlanmasına görə onların üfüqə nisbətən yeri əyilib dəyişəcək. Daha bahalı obyektivlərdə ön linza qrupu fırlanmır.
.




Kənar istehsalçıların obyektivləri

Əlbətti  ki, hər bir fototexnika istehsalçısı istəyir ki, onun istehsal etdiyi fotokamerayla birlikdə elə onun obyektivindən istifadə olunsun. Bundan əlavə, hər bir istehsalçının optika üçün firma dayağı var – bayonet. Yalnız açıq 4/3 standartı istisnadır ki, onu da Olympus və Panasonic istifadə edir. Əsas istehsalçılarla yanaşı, müxtəlif bayonetlərə uyğun optika yaradan bir sıra firmalar da mövcuddu. Misal üçün Sigma, Tamron və Tokina. Obıçno obъektivı эtix proizvoditeleй otliçaюtsя bolee nizkoй stoimostью. Adətən bu istehsalçıların obyektivləri daha aşağı qiymətlərlə fərqlənirlər. Məhsullarının keyfiyyətinə gəldikdə isə, hər modeli ayrı-ayrılıqda götürmək lazımdı, çünki kənar istehsalçıların məhsul sırasında həm sözün əsl mənasında “zəif” modellər (lakin onların qiyməti də firma mallarından daha aşağı olur), həm də unikal obyektivlərə rast gəlinir. Elə obyektivlərə ki, heç iri fotobrendlərdə onların analoqu belə yoxdu. Baxmayaraq ki, milyonlarla fotoqraf kənar istehsalçıların optikasından istifadə edir, unutmaq olmaz ki, kameranı istehsal edən şirkət yalnız öz aksesuarlarıyla uyğunluğa zəmanət verə bilər. 

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item