Nokia: bizim ehtiyat planımız yoxdu

Bir il əvvəl Nokia şirkəti rəsmi olaraq kursunun dəyişdirilməsi və Windows Phone-nun xeyrinə öz Symbian ƏS (Əməliyyat Sistemi)-dən imtina etməsi barədə elan edəndən sonra çoxları belə bir sual verir ki, uğursuzluq təqdirində şirkət hansı tədbirlər alacaq. Dagens Industri isveç qəzetinə müsahibə verən Nokia-nın vitse prezidenti  Viktor Saeis bu şayələrə son qoydu. 

Saesisin sözlərinə əsasən şirkətin ehtiyat planı yoxdu və onun strategiyası bütövlüklə Windows Phone-nun idarəsi altında və Microsoft-un köməyiylə cihazların buraxılışına yönəldilib. Müsahibəsində vitse-prezident bəyan etdi: - “Bu sanki yenidən başlamaq kimi bir şeydi. Buna baxmayaraq, biz ABŞ-da uğur qazanacağımıza ümid edirik, bu da qalan dünyada uğur qazanmağımıza imkan verəcək”. Şirkətin maliyyə hesabatlarına əsasən yanvarın sonuna artıq 1 milyona yaxın Lumia cihazlarını realizə etmək mümkün olub. buna baxmayaraq, bu uğur da Nokia-nı maliyyə itkisindən xilas edə bilmədi. Nəzərinizə çatdıraq ki, bu itki təxminən 1 milyard avro təşkil edir.

İtkilərə, şirkətin indiyədək buraxdığı Symbian əməliyyat sistemi ilə işləyən smartfonlarına marağın azalması səbəb oldu. Bütün dünya boyu istifadəçiləri Android idarəsi altında işləyən büdcəli cihazlar daha çox maraqlandırır.  

Related

Windows Phone 6007778224829416102

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item