“Samsung” şirkəti Avropada Android əməliyyat sisteminin (ƏS) 4.1 (Jelly Bean) versiyasını “Galaxy S III” smartfonlarına yaymağa başlayıb. “Galaxy S III” smartfonunun Polşadakı sahibləri yayılmasına bu gün başlanılmış Jelly Bean yenilənməsini ilk olaraq alacaqlar. “Samsung” yenilənməyə start verildiyini təsdiqləyərək, onun “tədricən digər bazarlarda da tətbiq” ediləcəyini bildirsə də, lakin konkret bazarlar və müddət barədə əlavə məlumat verməyib: “Proqram təminatının yenilənməsinin olması və qrafiki bazarın və mobil rabitə operatorlarının tələblərindən asılı olaraq dəyişəcək”.
“Samsung”, Android 4.1 ilə birlikdə gəlmiş dəyişikliklərə əlavə olaraq, smartfondakı şəxsi proqram təminatında da bəzi yeniliklər edir. Aşağıda “Samsung”-un yeni proqram təminatının xüsusiyyətlərinin tam siyahısı təqdim olunur:
  • “Easy Mode” rejimi. İstifadəçilər əsas ekranda tez-tez istifadə edilən proqramlara sürətli və asan çıxışı təmin edəcək 5 böyük Easy viceti yerləşdirə biləcəklər. Easy vicetlərinə Seçilmiş əlaqələr, Seçilmiş proqramlar, Seçilmiş sazlamalar, həmçinin Saatlar və zəngli saatın həm 4x2, həm də 4x4 ölçüdə işarələri daxildir.
  • “Blocking Mode” rejimi. İstifadəçilərə daxil olan zənglər, bildirişlər, zəngli saat və LED-indikatorları müəyyən müddətdə bağlamağa imkan verən rahat mexanizm.
  • Videokameraya pauza funksiyası əlavə olunub, yəni, indi istifadəçilər videoqeydi asanlıqla dayandıra və bərpa edə biləcəklər.
  • İndi istifadəçilər pleyerin pəncərəsinin ölçüsünü dəyişərək, digər proqramlarla iş zamanı videonu ekranın istənilən yerində izləyə biləcəklər.
“Samsung” şirkəti həmçinin Jelly Bean-ın “çox tezliklə” digər qurğularında da peyda olacağını təsdiqləyib.
Həmin qurğuların tam siyahısı budur:
  • GALAXY Tab 2 7.0 и 10.1
  • GALAXY Note 10.1
  • GALAXY SII
  • GALAXY Note
  • GALAXY Tab 7.0 Plus
  • GALAXY S Advance
  • GALAXY SII LTE
  • GALAXY Music
  • GALAXY Chat
  • GALAXY Ace 2
  • GALAXY Beam
  • GALAXY Ace Plus
  • GALAXY mini II
  • GALAXY S DUOS

Related

Samsung 3324123389395372363

Post a CommentDefault Comments

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

item